EN

UFC-nin ən seksual qadın döyüşçüsünün oturacağı satışa çıxarıldı

UFC azarkeşləri bəzən səhnədəki tarixdən bir parça əldə etmək üçün olduqca təəccüblü addımlar atırlar.

Publika.az xəbər verir ki, bu dəfə sosial şəbəkələrdə gözlənilməz bir satış elanı yayılıb. Satıcı iddia edir ki, Traysi Kortes sonuncu döyüşündə, Roz Namayunasa qarşı keçirdiyi qarşılaşmada, məhz bu stulda azı beş dəfə oturub. Söhbət döyüş aralarında istirahət etdiyi künc stulundan gedir.

2024-cü ilin iyulunda baş tutmuş həmin döyüşdən sonra istifadə olunmuş bu oturacaq 300 dollara satışa çıxarılıb. Elanda xüsusi olaraq qeyd edilib ki, bu, Kortesin raundlararası fasilələrdə yararlandığı həmin oturacaqdır.

Qeyd edək ki, 31 yaşlı Traysi Kortes UFC-də 2019-cu ildə debüt edib və indiyədək 6 döyüş keçirib. Onun hesabında 5 qələbə və 1 məğlubiyyət var. O, UFC-nin ən seksual qadın döyüşçüsü hesab edilir.

Publika.az

Chosen
0
46
publika.az

10Sources