EN

Putin Pezeşkianla DANIŞDI - Razılıq əldə olundu

Rusiya prezidenti Vladimir Putin ilə iranlı həmkarı Məsud Pəzeşkian arasında telefon danışığı baş tutub.
 
Danışıqlar zamanı iki ölkə arasında hərtərəfli iqtisadi tərəfdaşlıq haqqında müqavilə kontekstində ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, “hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə əsasında Rusiya-İran əməkdaşlığının gələcək inkişafı məsələləri ətraflı şəkildə müzakirə olunub. Xüsusi olaraq, qarşılıqlı faydalı ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə diqqət yetirilib. Bu sahədə, xüsusilə nəqliyyat və energetika sektorlarında iri birgə layihələrin həyata keçirilməsi əsas mövzulardan olub”.
 
Prezidentlər həmçinin Rusiya-İran əməkdaşlığının gücləndirilməsi və beynəlxalq siyasət sahəsində koordinasiyanın artırılması istiqamətində işin fəallaşdırılması barədə razılığa gəliblər.
Chosen
0
moderator.az

1Sources