Kriştiano Ronaldunun oğlu Portuqaliya yığmasına çağrılıb.

Offsideplus.az xəbər verir ki, Ronaldu Junior Xorvatiyada keçiriləcək turnirdə Portuqaliya U-15 milli komandasında çıxış edəcək. Bu, onun üçün ilk çağırışdır.

Portuqaliya bu turnirdə Yaponiya, Yunanıstan və İngiltərə ilə üz-üzə gələcək.

Balaca Ronaldu hazırda "Əl-Nəsr"də çıxış edir. O, daha öncə "Yuventus" və "Real"ın akademiyalarında da oynayıb.