EN

Bakı yağışdan sonraVİDEO

Bakının Xəzər rayonu, Binə qəsəbəsinin bəzi küçələrində gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar olaraq gölməçələr yaranıb, bəzi hissələr, ümumiyyətlə, keçilməz hala düşüb.

Qəsəbə sakinləri “Xəzər Xəbər”ə bildiriblər ki, küçələrdə gölməçələrin yaranması həm piyadaların həm də nəqliyyatın hərəkətində çətinliyə səbəb olub. Onların sözlərinə görə, hər yağış yağandan sonra bu acınacaqlı problemlə qarşılaşırlar. Sakinlər bunu ərazidə kanalizasiya sisteminin olmamasıyla əlaqələndirirlər.

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Chosen
0
xezerxeber.az

1Sources