EN

Şəkidə yüksək nəticə göstərən şagirdlərlə görüş - FOTO

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Şəki şəhər 11 və 12 nömrəli tam orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, görüş zamanı Günay Mahmudova XI sinif buraxılış imtahanlarında 250 və daha yüksək bal toplayan şagirdlərlə söhbət edərək onları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

Səmimi mühitdə keçən görüşdə şagirdlər də öz təəssüratlarını bölüşüb, qarşıya qoyduqları hədəflərə necə nail olduqları barədə uğur hekayələrini danışıblar.

Görüşün sonunda şagirdlərlə xatirə şəkli çəkilib.

Qeyd edək ki, Şəki rayonunda 2024–2025-ci tədris ili üzrə buraxılış imtahanlarında 250-dən çox bal toplayan 150-yə yaxın XI sinif şagirdi var.

Chosen
0
ucnoqta.az

1Sources