EN

İranlı ekspert: “Netanyahunun Bakı səfərinin təxirə düşməsi müvəqqətidir”

“Azərbaycan hökumətinin dəvəti ilə Netanyahu və Ərdoğan Bakıda görüşməyi və orada bir formula əldə etməyi planlaşdırırdılar”.

Tribunainfo.az xəbər verir ki, bunu iranlı ekspert Saadullah Zarei deyib.
Onun sözlərinə görə, Bakı Ankara və Təl Əvivi barışdırmaq və bununla da iki əsas müttəfiqinin düşmən olmamasına çalışır.
O qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfərinin təxirə düşməsi müvəqqətidir. “Tezliklə bu səfər baş tutacaq. Çünki Türkiyə ilə İsrail arasında danışıq olmalıdır”.

Fərda Uğur

Chosen
0
tribunainfo.az

1Sources