İspaniya La Liqası 2025-2026 mövsümü Azərbaycanda canlı yayımlanacaq.
İdmanxeber.az-a verilən məlumata görə, ölkəmizdə “İdman TV” çempionatın yayım hüququna yiyələnib. Futbolsevərlər qarşıdakı mövsümdən etibarən La Liqanı adıçəkilən kanaldan izləyə biləcəklər.
Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.