EN

Kanada ən böyük əyalətlərindən birini itirə bilər

AzVision.az “Associated Press Agentliyinə (APA)” istinadən xəbər verir ki, vahid Kanada daxilində güclü və muxtar Albertanın qalmasını müdafiə edən əyalətin rəhbəri xanım Daniel Smit, şəxsən ayrılma ideyasını dəstəkləmədiyini bildirib. Lakin o, Ottavadakı federal hökumətin bölgəyə ziyan vuran siyasəti davam etdirəcəyi təqdirdə əyalət sakinlərinin seçiminə hörmətlə yanaşmağa hazır olduğunu vurğulayıb.

“Əgər Ottava son illərdəki kimi əyalətimizin maraqlarına məhəl qoymamağa davam edərsə, son söz Alberta əhalisinin olacaq. Mən onların qərarını qəbul edəcəyəm”, - xanım Smit deyib.

Tramp:“Mən zarafat etmirəm”
Əyalət liderinin bəyanatı Kanadanın baş naziri Mark Karninin “Liberal” partiyasının federal seçkilərdə qələbəsi nəticəsində liberalların dördüncü dəfə hakimiyyətə gəlməsindən az sonra verilib. Eyni zamanda Kanada xarici təzyiqlə üzləşir: ABŞ prezidenti Donald Tramp Kanada mallarına yüksək tariflər tətbiq etməklə hədələməklə yanaşı, hətta Kanadanın 51-ci ştat kimi ABŞ-yə birləşməsiehtimalını gündəmə gətirib.

Yeri gəlmişkən, Kanadanın keçmiş baş naziri Castin Trüdonun Ermənistanın təcavüzkar və destruktiv siyasətini, habelə illərlə Azərbaycanda erməni separatçılarını dəstəkləməsinin məntiqi nəticəsi kimiOttavanın özünün indi əyalət separatizmi təhlükəsi ilə üzləşməsi heç də təəccüb doğurmur. Atalar demişkən:“Nə tökərsən aşına, o da çıxar qaşığına”.

Qeyd edək ki, əhalisi təxminən 4 milyon nəfər olanAlberta Kanadanın ən böyük əyalətlərindən biridir. Onun ərazisində neft-qaz yataqları, habelə əhəmiyyətli kömür ehtiyatları var.

Sahil İsgəndərov
AzVision.az
Chosen
0
1
azvision.az

2Sources