EN

Britaniya bu ölkələrdən olan vətəndaşların viza verilişini məhdudlaşdıracaq

Bakı. Trend:

Böyük Britaniya hökuməti yeni immiqrasiya tədbirləriçərçivəsində bəzi ölkələrdən, o cümlədən Pakistan, Nigeriya vəŞri-Lankadan olan vətəndaşlara viza verilməsini məhdudlaşdırabilər.

Trend xəbər verirki, bu barədə ölkənin yerli KİV-ləri məlumat verib.

Məlumata görə, səbəb bu ölkələrdən gələn bəzi şəxslərin iş və yatəhsil vizası ilə qanuni şəkildə Britaniyaya daxil olduqdan sonrasığınacaq üçün müraciət etməsidir. Bu cür hallar müvəqqətivizaların daimi yaşayış üçün istifadə olunması kimiqiymətləndirilir.

Ölkənin Daxili İşlər Nazirliyi yaxın günlərdə miqrasiyasistemində islahatları əhatə edən yeni “Siyasət Sənədi” təqdimedəcəyini bəyan edib.

Qeyd olunur ki, məhdudiyyətlərin sığınacaq müraciətlərinə təsiriböyük olmayacaq və əsas məqsəd sistemdən sui-istifadənin qarşısınıalmaqdır. Belə ki, 2023/24-cü illərdə Böyük Britaniyada 99,790nəfər sığınacaq üçün müraciət edib, onların arasında Pakistanvətəndaşları (9,560 nəfər) ilk yeri tutur.

Chosen
0
1
az.trend.az

2Sources