EN

Aktauda “Mədəniyyətlərarası dialoq, müasir konstitusionalizm və suverenlik” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən YessenovUniversitetində Azərbaycanda “Konstitusiya və Suverenlik İli”çərçivəsində “Mədəniyyətlərarası dialoq, müasir konstitusionalizmvə suverenlik” mövzusunda beynəlxalq elmi-praktik konfranskeçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, konfrans Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsi, ölkəmizin Aktau şəhərindəki Baş Konsulluğu,“Azərbaycan Mərkəzi” İctimai Fondu və Yessenov UniversitetininBeynəlxalq münasibətlər və turizm kafedrasının birgə təşkilatçılığıilə baş tutub.

Tədbirdə Qazaxıstanın və Azərbaycanın görkəmli alimləri,ekspertlər, ictimaiyyət nümayəndələri, həmçinin Türkiyə, İran vəTürkmənistanın baş konsulları iştirak ediblər.

Yessenov Universitetinin rektoru Berik Axmetov açılış nitqindətolerant və ahəngdar cəmiyyətin formalaşmasında təhsilin rolunuvurğulayıb. O, həmçinin universitetinin beynəlxalq əməkdaşlığa hərzaman açıq olduğunu və mədəniyyətlərarası dialoqun inkişafınayönəlmiş təşəbbüsləri dəstəklədiyini söyləyib.

Daha sonra Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlıçıxış edib. Baş konsul müasir dünyada ortaq nöqtələr tapmağın vəqarşılıqlı anlaşma körpüləri qurmağın vacibliyini diqqətəçatdırıb.

Universitetin Beynəlxalq münasibətlər və turizm kafedrasınınmüdiri Elmira Jangojayeva və kafedranın professoru, siyasi elmlərüzrə fəlsəfə doktoru Eldar Cəfərov məruzələrində konstitusiyahüququ və mədəniyyətlərarası ünsiyyətin müxtəlif aspektlərinətoxunublar.

“Azərbaycan Mərkəzi”nin direktoru İlkin Orucov yekun nitqindətədbir iştirakçılarına səmərəli müzakirələrə görə təşəkkürünübildirib. Konfransın nəticələrinin mədəniyyətlərarası dialoquninkişafına və ölkələrimiz arasında əməkdaşlığınmöhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadəedib.

Sonda iştirakçılara sertifikatlar, təşkilatçılara isətəşəkkürnamələr təqdim olunub.

Aktauda
Aktauda
Aktauda
Aktauda
Chosen
0
4
az.trend.az

5Sources