EN

Belarusun Baş naziri Ağdamda - YENİLƏNİB

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Füzuli rayonundan sonra Ağdama gəlib.

News365.az xəbər verir ki, səfər proqramına Ağdam Sənaye Parkı və rayonun Qızıl Kəngərli kəndində icra olunacaq aqroşəhərcik layihəsi ilə tanışlıq daxildir.

Qeyd edək ki, Azərbaycan və Belarus arasında 2024-cü il oktyabrın 3-də imzalanmış sənədlərdə Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulub.

***

Belarus Baş naziri Aleksandr Turçin Azərbaycana səfəri çərçivəsində Füzuli şəhərinə gəlib.

News365.az xəbər verir ki, A.Turçin Füzuli Beynəlxalq Aeroportunda qarşılanıb.

Qonağa Füzuli Beynəlxalq Hava Limanı haqqında məlumat verilib.

Bildirilib ki, 2021-ci ildə istifadəyə verilən hava limanı rekord müddətdə - təxminən 9 aya tikilib. Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir.

Belarusun Baş naziri ermənilərin işğal illərində törətdiyi dağıntılarla, həmçinin şəhərin azad edilməsindən sonra Azərbaycan dövlətinin apardığı tikinti-bərpa işlərinin gedişatı ilə tanış olub.

Chosen
0
3
news365.az

10Sources