EN

Ankaraya gələn ABŞ-ın yeni səfiri Tom Barak kimdir?

Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın Ankaraya səfir təyin etdiyi Tom Barak vəzifəsinin icrasına başlamaq üçün Türkiyəyə gəlib.

Hafta.az-ın yazdığına görə, Barak Türkiyə ilə ABŞ arasında münasibətlərin "möhtəşəm" olduğunu, lakin ittifaqın "fövqəladə" olması lazım olduğunu söyləyib. Prezident Trampdan “çox sadə” bir mesajla gəldiyini ifadə edən Barak, bunun müttəfiqlik əlaqələrini daha da irəli aparmaq olduğunu söyləyib.

Tom Barakın səfir vəzifəsinə namizədliyi 100 üzvdən ibarət ABŞ Senatı tərəfindən 60 əleyhinə 36 səslə təsdiqlənib. Şəxsi kapital fondunun meneceri kimi tanınan Barak keçmişdə Birləşmiş Ərəb Əmirlikləri adından qeydiyyatdan keçməmiş lobbiçilik fəaliyyəti ilə məşğul olmaqda ittiham olunurdu. 2021-ci ildə həbs edilən Barak 250 milyon dollar girov qarşılığında sərbəst buraxılıb və 2022-ci ildə bütün ittihamlardan bəraət alıb.

Barak 2016-cı il prezident seçkilərində Trampın təşviqat müşaviri olub və seçkidən sonra qeydetmələr üçün 107 milyon dollar ianə toplayıb. Tramp 2024-cü ilin dekabrında verdiyi açıqlamada Barakı “təcrübəli və hörmətli lider” adlandırıb.

Tom Barakın Ankaraya səfir təyin olunması Trampın digər diqqətəlayiq diplomatik təyinatları ilə gündəmə gəlib. “Fox News”un aparıcısı Kimberli Quilfoyl Afinaya səfir vəzifəsinə tövsiyə olunub. Quilfoyl Trumpın oğlu Donald Trump Jr ilə münasibətləri ilə tanınır.

Tramp həmçinin kürəkəni Jared Kuşnerin atası Çarlz Kuşneri Parisə səfir, qızı Tiffani Trampın qayınatası Massad Boulosu isə Yaxın Şərq üzrə müşavirliyə namizəd göstərib. Bu təyinatlar Trampın yaxın çevrəsinə verdiyi diplomatik missiyalarla bağlı yeni müzakirələr yaradıb.

Chosen
0
hafta.az

1Sources