EN

Yaponiyada kritik vəziyyət: sayları kəskin azaldı

Yaponiyada uşaq sayının azalması 44 ildir ki, fasiləsiz olaraq davam edir. Ölkədə boşanmaların sayında da artım müşahidə olunur.

Publika.az xəbər verir ki, bu barədə Yaponiya Daxili İşlər və Rabitə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 1 aprel 2025-ci il tarixi etibarilə 14 və aşağı yaşda olan uşaqların sayı 13 milyon 660 min nəfərə qədər azalıb. Bu rəqəm ötən illə müqayisədə 350 min nəfər azdır.

Yaponiyada uşaqların ümumi əhalinin cəmi 11,1 faizini təşkil etdiyi bildirilib. Mütəxəssislərin fikrincə, bir ölkənin əhalisinin nüfuzunu qoruya bilməsi üçün doğum əmsalı 2,1 olmalıdır. Lakin Yaponiyada bu nisbət uzun müddətdir ki, 1,3 civarındadır. Bu vəziyyət doğumların sayının ölənlərin sayından xeyli aşağı olmasına səbəb olur.

Doğum nisbətlərinin azalması və əhalinin qocalmasının əmək bazarına, sosial təminat sisteminə və qayğı xidmətlərinə təzyiq göstərdiyi vurğulanıb.

Chosen
0
1
publika.az

2Sources