EN

Azərbaycanda“Böyük Qayıdış” proqramı uğurla icra edilməkdədir – Deputat

Bakı. Trend:

Azərbaycanda “Böyük Qayıdış” proqramı uğurla icra edilməkdədir.Bu il ərzində işğaldan azad edilmiş ərazilərə köç müntəzəm şəkildədavam etdirilib.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənovadeyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində tarix yazanAzərbaycan ondan sonrakı dövrdə də yeni bir tarix yazır.

“2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Zəfərinəticəsində Azərbaycan uzun illər işğal altında qalmış əraziləriniazad etdi. Qarabağ və Şərqi Zəngəzurun tamamilə işğaldan azadolunması ilə ölkə qarşısında yeni və strateji bir mərhələ başlandı.Bu torpaqlara həyatın qaytarılması, infrastrukturun yenidənqurulması və keçmiş məcburi köçkünlərin layiqli şəkildə özyurdlarına dönməsi üçün böyük işlər görülməli idi. Azərbaycanişğaldan azad etdikdən sonra dərhal həmin ərazilərdə bərpa vəquruculu işlərinə başladı. Bu məqsədlə Prezident İlham Əliyevinsərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmişərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiqedildi.

Təəssüflər olsun ki, ermənilərin işğal dövründə ərazilərimizdəsaysız minalar basdırması, ərazilərimizi dünyada minalarla ən çoxçirkləndirilmiş ərazilərdən birinə çevirməsi, mina xəritələriniAzərbaycan tərəfinə təqdim etməməsi bərpa və quruculuq işlərindəböyük maneçilik törədir. Ərazilərin minalardan təmizlənməsi böyükəmək və vəsait tələb edir. Azərbaycan öz gücü hesabına bu işin dəöhdəsindən gəlməyi bacarır və ərazilərin minalardan təmizlənməsiprosesi sürətlə davam etdirilir. ANAMA və beynəlxalq tərəfdaşlarlabirgə həyata keçirilən bu işlər təhlükəsizliyin təmin olunmasıbaxımından əsas prioritetdir”, - deyə o qeyd edib.

Deputat bildirib ki, 2020-ci ildən başlayaraq 2025-ci il dədaxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinəümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb:

“O cümlədən 2025-ci ildə 4 milyard manat ayrılıb. Ayrılan buvəsait həmin ərazilərdə nəzərdə tutulmuş işlərin uğurla icraedilməsinə imkan verir. artıq xeyli sayda keçmiş məcburi köçkünümüzlayiqli şəkildə öz dogma yurdlarına qayıdıblar və onlar üçün həminərazilərdə yaşamaq üçün hər cür şərait yaradılıb
2026-cı ilin sonunadək “Böyük Qayıdış” proqramının I mərhələsinintamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünunQarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır”.

Chosen
0
az.trend.az

1Sources