ain.az bildirir, Tribuna portalına istinadən.
Aprelin 26-da İranın Bəndər Abbas limanında güclü partlayışa səbəb olan yanğının səbəbi məlum olub.
Tribunainfo.az xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivend Fars körfəzi sahilində Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında baş verən partlayışın mənbəyini açıqlayıb.
Limanda konteynerlərin qeyri-standart şəkildə yerləşdirildiyini, qida məhsulları ilə kimyəvi maddələrin yan-yana saxlandığını bildirən Kolivend, “Ona görə də ilkin təsbitlər hadisənin diqqətsizlik və səhlənkarlıq nəticəsində baş verdiyi, təhlükəsizlik və peşə prinsiplərinə əməl edilməməsidir” deyib.
Dəniz Pənahova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.