EN

Gizli dosye sızdırıldı: Bu ölkə yenilənmiş müharibə planı hazırlayır

Böyük Britaniya düşmən dövlətin hücumundan ehtiyat edərək, müharibə zamanı fövqəladə hallar planının yenilənmiş versiyasını hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb.

Bildirilir ki, “milli müdafiə planı” Böyük Britaniyaya qarşı iddia edilən təcavüzdən sonrakı ilk günlərdə hərəkətlərin ardıcıllığını müəyyən edəcək. Məqalədə deyilir ki, “gizli dosye hökumətin müharibə elanına necə reaksiya verəcəyini, o cümlədən “kabinet nazirlərini və kral ailəsini qorumaq üçün bunkerlər, ictimai xidmət yayımı və resursların yığılması” kimi mövzuları əhatə edəcək.

Məqalədə deyilir ki, ictimaiyyətə açıqlanması ehtimalı az olan plana həm adi, həm də nüvə raketlərindən istifadə etməklə Böyük Britaniyaya hücum da daxil olmaqla bir neçə ssenari daxildir. Həmçinin, ilk dəfə olaraq kibermüharibə ssenarisi təhlil edilib. Nəşrin yazdığına görə, 2005-ci ildə hazırkı plan hazırlanarkən, kibermüharibə ciddi təhlükə hesab edilmirdi.

Chosen
0
3
publika.az

4Sources