EN

Vərəm xəstələrinin müalicəsi ilə bağlı YENİLİK

TƏBİB-sədri Vüqar Qurbanov Azərbaycanda "Ağ Ciyər Xəstəlikıəri Mərkəzi" Publik Hüquqi Şəxsin yaradılması barədə əmr imzalayıb. Əmrə əsasən bölgələrdə regional xəstəxanalar yaradılıb.

Bu barədə "Ağ Ciyər Xəstəlikıəri Mərkəzi" Publik Hüquqi Şəxsin Quba Reginal Xəstəxanasının baş həkimi İlhamə Həsənova Bizim.Media-ya məlumat verib.

Onun sözlərinə görə, Quba Regional xəstəxanasında 5 şöbə - Qusar, Quba, Xaçmaz, Siyəzən, Şabran vərəm şöbələri birləşib.

İlhamə Həsənova qeyd edib ki, ölkədə ayrıca regional vərəm xəstəxanalarının yaradılmasında əsas məqsəd bu sosial xəstəlik daşıyıcılarının vahid mərkəzdən müalicə olunmasını həyata keçirməkdir:

"Burada bir çox nüanslar nəzərdə tutulub.Vərəm xəstələrinin statistikasını düzgün aparmaq, dərmanların bir mərkəzdən və vaxtında verilməsini təmin eləmək, stasionar şəraitdə müalicə almalarına nəzarəti gücləndirmək və digər işlərin həyata keçirilməsi nəzərdə tutulub".

İlhamə Həsənova hazırda Qubada xəstəxananın texniki təminatı və tam yerləşmələri üçün işlər görüldüyünü bildirib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
0
bizim.media

1Sources