EN

Fazil Mustafadan dəvət aldığı tədbirlə bağlı etiraz: "Deyir ki, 6-cı cərgədə boş yer var, otura bilərsiniz"

“Dönə-dönə xahiş edib bir tədbirə çağırıblar. Protokolun birinci sıralamasına baxıram bütün adlar və soyadlar yazılıb, bəndənizinki, yox. İkinci sıralamada da görmürəm. Təşkilatçılardan soruşuram ki, harada əyləşməm nəzərdə tutulub. Arxa cərgədəki sıralara göz gəzdirib nəzakətlə deyir ki, orada 6-cı cərgədə boş yer var, otura bilərsiniz. Əlbəttə, sadəcə söyləyəndə ki, ən sonuncu cərgədə yer nəzərdə tutulub, adətən sakitcə keçib əyləşirəm. Bəlkə də həyatda ən sevmədiyim haldır ki, rəsmi tədbirdə insanı kimdənsə boşalmış yerə yönləndirirlər”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Chosen
0
demokrat.az

1Sources