Bakivaxti saytına istinadən ain.az xəbər verir.
BMT Təhlükəsizlik Şurası Pakistan və Hindistanı hərbi münaqişələrdən çəkinməyə və danışıqlar aparmağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV-lər Pakistan XİN-dəki mənbəyə istinadən məlumat yayıb.
"Onlar gərginliyi azaltmaq və hərbi qarşıdurmadan qaçmaq, məsələni sülh yolu ilə həll etmək üçün dialoq və diplomatiyaya çağırıblar", - o qeyd edib.
Bazar ertəsi BMT-nin Nyu-Yorkdakı qərargahında bu məsələnin müzakirəsinə həsr olunmuş qapalı iclas keçirilib. BMT-nin baş katibi Antonio Quterriş tərəflərin hərbi qarşıdurmadan çəkinməsinin vacibliyini vurğulayıb.
Hazırda Pakistan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, Hindistan isə bu quruma daxil olmasa da, digər üzvlərlə danışıqlar aparır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.