EN

Həbsdən qaçıb Azərbaycanda gizlənən mafioz çempion ÖLDÜ - FOTO

Yunan-Roma güləşi üzrə SSRİ çempionu, Kiyev mütəşəkkil cinayətkar qrupunun keçmiş rəhbəri Viktor Avdışev vəfat edib.

 

69 yaşlı Avdışev ürək çatışmazlığından dünyasını dəyişib. O, 1978 və 1983-cü illərdə Dünya Çempionatının bürünc mükafatçısı olub.

 

1989-cu ildə Kiyev mütəşəkkil cinayətkar qrupuna rəhbərlik edib. 1995-ci ildə həbs olunsa da, o, Azərbaycana qaça bilib. Həmin il məhkəmə onu qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib və beynəlxalq axtarışa verilib./lent.az

Tarix: 6 May 2025, 14:10   
Chosen
0
7
pravda.az

8Sources