EN

Netanyahunun Bakı səfəri buna görə LƏĞV OLUNDU- DETALLAR

“İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin ləğvi təbii ki, Suriyada İsrail və Türkiyə arasında yaranan hərbi-siyasi böhrandan qaynaqlanır”.

Bunu Editor.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Analitik vurğulayıb ki, İsrail Suriyada Türkiyənin geosiyasi mövqeyini zəiflətmək və burada druzların Suriya hökumətinə qarşı silahlanmasına ciddi dəstək verir:

“Suriyanın bölünməsi istiqamətində işlər həyata keçirir. Təbii ki, Azərbaycanda baş tutacaq bu görüşdə hətta Türkiyə prezidenti ilə İsrail baş nazirinin də görüşü istisna deyildi. Ancaq göründüyü kimi tərəflər arasında münasibətlər daha da dərinləşib. Hazırda Türkiyə və İsrailin bir araya gəlməsi mümkün deyil. Hesab edirəm ki, İsrail baş nazirinin səfəri gündəmdədir. Türkiyə əvvəlcə hava yoluna icazə versə də Benyamin Netanyahu Suriyada əldə olunan razılaşmaları yenidən pozdu və Türkiyə maraqlarına qarşı yenidən təhdidedici hərəkətlərə getdi. Ona görə də böhran daha da dərinləşdi. Türkiyə Azərbaycana qardaş və müttəfiq ölkədir. İsrailin Türkiyəyə qarşı bu siyasi, hərbi hərəkətini də Azərbaycan qəbul edə bilməz. Ona görə də Netanyahunun Bakı səfəri ləğv olundu”.

//Gülnarə Abasova, Editor.az

 

Chosen
0
editor.az

1Sources