EN

Lavrov: Demək olar ki, bütün Avropa Rusiyaya qarşı müharibə aparır – VİDEO

Demək olar ki, bütün Avropa Rusiyaya qarşı müharibə aparır.

İnterpress.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

“İndi onlar da faşizm bayrağı altında məşəl yürüşləri keçirən, qollarında nasist diviziyasının şevronları olan döyüşçüləri ətçəkən maşına atan açıq-aşkar irqçi, anti-Rusiya Zelenski rejimini dəstəkləyərək bizə qarşı birləşiblər. Və necə ki, “Ağlasığmaz” əməliyyatda biz döyüş meydanında strateji məğlubiyyətlə hədələnirik.

Bizə gələcək və indiki inkişafı təmin edən Böyük Vətən müharibəsi, İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsini qorumaqla yanaşı, o hadisələrin diplomatik təcrübəsini, diplomatik dərslərini də xatırlamaq çox vacibdir.

Bu dərslər əvəzsizdir, xüsusən indiki vəziyyətdə, demək olar ki, bütün Avropa silah və nasist bayraqları altında yenidən bizə qarşı müharibə aparır”, – Lavrov deyib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
0
interpress.az

1Sources