Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycan-İran iqtisadi əlaqələrinin daha da inkişaf etməsi, Araz dəhlizi ilə bağlı bəyanatlar da yeni bir mərhələnin başladığını göstərir. İran maraqlıdır ki, Araz dəhlizi işləsin, çünki bu, Azərbaycan-İran münasibətlərində yeni bir dövr açacaq. Lakin, hər hansı qüvvələrin bu dəhlizi açmasına və ya İrana müdaxilə etməsinə İran tərəfindən sərt təpkilər olacaqdır.
Keçən ilin dekabr ayında dekabrda cənab Pezeşkianın Rusiyaya rəsmi səfəri zamanı, İranla Rusiya arasında iki il davam edən danışıqlar nəticəsində strateji müttəfiqlik haqqında müqavilə imzalanıb. Bu müqavilə çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi və Azərbaycanın ərazisindən keçməsi ilə bağlı razılıqlar əldə edilib. Ayrıca, Rusiya tərəfindən İrana nəql edilən qaz kəmərinin həcminin 5 milyarddan 50 milyarda qədər artırılması haqqında razılıq əldə edilib. Bu, Azərbaycanın nəqliyyat dəhlizlərindən böyük dividendlər götürməsinə və İran-Azərbaycan münasibətlərinin yeni bir mərhələyə keçməsinə səbəb olacaq".
Zeynəb Rzayeva