EN

Ermənistan və Yunanıstan müdafiə nazirləri regionu müzakirə edib

ain.az bildirir, Missiya.az portalına istinadən.

Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün Afinada yunanıstanlı həmkarı Nikos Dendias ilə görüşüb.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Ermənistanın Yunanıstandakı səfiri Tiqran Mkrtçyan da iştirak edib.

Məlumata görə, söhbət zamanı Ermənistan və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 

Qeyd olunub ki, bundan əlavə Papikyan və Dendias Regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə də fikir mübadiləsi aparıb.

Daşqın HəsənovMissiya.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
0
1
icma.az

2Sources