BAKI, TurkicWorld
Türkiyənin Atatürk Hava Limanı texnologiya və innovasiya sahəsində yeni bir dövrün başlanğıcı olacaq.
TurkicWorld xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar ilə Atatürk Hava Limanı Terminal Binaları "texnopark" elan edilib.
Bu qərar, Türkiyənin texnologiya və innovasiya sahəsində yeni bir dövrün başlanğıcıdır.
Yeni texnopark, “Terminal İstanbul” brendi ilə dünyanın ən böyük texnologiya sahibkarlıq mərkəzi olmağı hədəfləyir. Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kaçır bu təşəbbüsü şərh edərək, minlərlə texnologiya startapının bu mərkəzdə doğulacağını və inkişaf edəcəyini bildirib. O, həmçinin İstanbulun qlobal sahibkarlıq mərkəzinə çevriləcəyini və burada süni intellekt məktəbləri, proqram təminatı və elm mərkəzlərinin fəaliyyət göstərəcəyini açıqlayıb.