EN

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal mərhələsi 24 may tarixində regionlar üzrə keçiriləcək.

Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə təşkil edilən “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.

Operativ Media xəbər verir ki, Bu barədə MÜTDA məlumat yayıbş

IX–X sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai və tarixi şəxsiyyətləri, toponimləri və folkloru barədə şagirdlərdə bilikləri artırmaq və bu istiqamətdə maarifləndirmə işlərini gücləndirməkdir.

İlkin mərhələdə iştirak edən şagirdlərə qapalı test formatında 30 sual təqdim olunub və cavablandırmaq üçün 70 dəqiqə vaxt verilib. Bu mərhələnin nəticələrinə əsasən, yarımfinal turunda iştirak edəcək şagirdlər müəyyən olunacaq.

Qeyd edək ki, “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal mərhələsi 24 may tarixində regionlar üzrə keçiriləcək.

1Sources