EN

Çin prezidenti Rusiyaya səfər edir: İki güc birləşir?

Çin prezidenti Xi Jinping Rusiyaya ABŞ prezidenti Donald Trampın tarif siyasətləri səbəbindən ticarət gərginliyi və iqtisadi qeyri-müəyyənliklərin artdığı, Vaşinqtonla Moskva arasında yaxınlaşma və transatlantik alyansın zəifləməsi əlamətlərinin göründüyü bir vaxtda səfər edir.

Turkustan.az xəbər verir ki, prezident Xi Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 7-dən 10-dək Moskvada rəsmi səfərdə olacaq və İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək üçün Qələbə Günü şənliklərində iştirak edəcək.

Maraqlıdır ki, Xi-nin səfəri Vaşinqton, Moskva və Pekin arasında güc balansının ABŞ-da yeni Tramp administrasiyasının Rusiyaya qarşı mövqeyini dəyişməsi ilə yenidən formalaşa biləcəyi bir dövrə təsadüf edir.

Çin lideri həmçinin ABŞ-ın Rusiyanı güc rəqabətində ölkəsinə qarşı təsir rıçaqları kimi öz ətəyinə çəkmək cəhdinə qarşı Moskva ilə əlaqələri təmin etməyə çalışacaq.

Digər tərəfdən, ABŞ və Aİ arasında gərginlik və transatlantik alyansın zəifləməsi əlamətləri özünü Rusiyadan təhlükə altında görən Pekini Avropaya yaxınlaşdıra bilər.

Xi-nin səfəri Tramp dövründə güc balansını dəyişə biləcək imkanlar fonunda əhəmiyyət qazanır.

Aytən Yaşar/ Turkustan.az

Chosen
0
1
turkustan.az

2Sources