EN

"İndi biz daha kompakt oynayırırq" - Leau geridönüşü dəyərləndirdi

İtaliya A Seriyasının 35-ci turunda səfərdə "Cenoa" üzərində 2:1 hesablı qələbə qazanan "Milan"ın portuqaliyalı vingeri Rafael Leau gerdönüş sayəsində əldə etdikləri 3 xalı dəyərləndirib.

Fanat.Az xəbər verir ki, matçın 76-cı dəqiqəsində komandasının bərabərlik qoluna imza atan cinah hücumçusunun sözlərini "Football Italia" belə çatdırıb:

"Biz öz aramızda danışdıq, qalan bir neçə oyunun xüsusi əhəmiyyət daşıdığını və bu matçlarda mümkün qədər çox xal toplamalı olduğumuzu hamılıqla anladıq. Baş məşqçi sxemi dəyişdi və indi biz daha kompakt oynayırıq. Burada hamı komandaya kömək etməyə çalışır. 

"Cenoa" ilə matçda komanda yoldaşlarımızdan biri zədə aldı. Meydana sonradan çıxanlar isə nəticənin qazanılmasında həlledici rol oynadılar. 

Start "11-lik"də yer alıb-almamağımdan asılı olmayaraq, hər oyunda komandama kömək etməyə çalışıram. Qabbia həmişə mənə özünəinam verir. Hətta bəzən üstümə də qışqırır! 

Əlbəttə, biz İtaliya Kubokunu qazanmaq, mövsümü titulla başa vurmaq istəyirik. Amma qarşıda hələ bir oyun var".

Xatırladaq ki, "Milan" İtaliya Kubokunun finalında "Bolonya" ilə üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 14-də keçiriləcək.

Nihat

Chosen
0
2
fanat.az

3Sources