EN

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Mayın 5-də qanunsuz saxlanılan silah-sursat aşkar edilib.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 2 patron darağı və 21 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 
 
 

Chosen
0
36
7news.az

10Sources