EN

"Qan donorluğu" mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankının Gəncə bölməsinin müdiri Vüsalə Əhmədovanın rəhbərliyi ilə Gəncə Dövlət Universitetində Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan "Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində "Qan donorluğu" mövzusunda maarifləndirici tədbir keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə qan donorluğunun əhəmiyyətindən və ehtiyacı olan insanlar donorluğun həyati vacibliyindən bəhs edilib.
"Düşünürük ki, bu sahədə tədbirlər gəncləri qan donoru olmaq mövzusunda cəsarətləndirəcək, bu addım ölkəmizdə qan və qan komponentləri ehtiyatlarının kifayət qədər olmasına bir töhfə verəcəkdir" deyə Vüsalə Əhmədova bildirib.

Chosen
0
ucnoqta.az

1Sources