Bu barədə Rusiyanın Hüquqi şəxslərin Vahid Dövlət Reyestrindəməlumatverilib. Bildirilib ki, keçən aydan bəri sözügedən holdinq bu ilin martında yaradılmış "YUVS" şəxsi fondunun idarəsində idi. 2019-cu ildən holdinqin rəhbəri vəzifəsində çalışan Konstantin Sanin həm də bu fondun meneceridir. Rusiyanın yerli mətbuatı xəbərlər əlaqədar Saninlə əlaqə saxlasa da, o, cavab verməyib. Eyni zamanda, "Ecto" holdinqindən də məsələyə dair hər hansı şərh verilməyib.
Yerli mətbuat yazır ki, Yusif Ələkbərovun holdinqdən çəkdiyi kapitalı "YUVS" fonduna köçürülüb. Hüquqşünasların fikrincə, bu addım sanksiyalar riskini azaltmaq və vergi güzəştləri almaq üçün atılıb.
Firudin Həmidli
AzVision.az