EN

Separatçıların mühakimə olunması revanşist deputatı qorxuya saldı

Məlum olduğu kimi Bakıda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarına qarşı məhkəmə keçirilir. Məhkəmədə Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyanla yanaşı digərlərinin barəsində olan cinayət işləri də araşdırılır. Maraqlıdır ki, hərbi cinayətlərin ədalət məhkəməsi qarşısına çıxması Ermənistanın siyasi arenasında təşvişə səbəb olub.

Məsələn, Ermənistan parlamentinin müxalifəti təmsil edən “Şərəfim var”  fraksiyasının üzvü Tiqran Abramyanın növbəti dəfə sərsəm fikirlər səsləndirməsini nümunə kimi göstərmək olar. "Mamul" nəşrinin yaydığı məlumata görə, radikal fikirləri və revanşist açıqlamaları ilə seçilən deputat bu dəfə Bakıda keçirilən məhkəmə prosesinə dair gülməli və anormal iddialar irəli sürüb.

O deyib:  “Mən Bakıdakı məhkəmədən çəkilən kadrlara baxdım. İlk baxışda yalnız belə görünür ki,  məhkəmə prosesinin əsas obyekti Bakıda saxlanılan ermənilərdir.

Azərbaycan "milli-azadlıq mübariz"əmizin (?) və onun qabaqcıllarını beynəlxalq cinayətkar elan etmək, ümumilikdə ermənilərin ünvanına məhkəmədə ittihamlar silsiləsi yağdırmaq və tarixi "nailiyyətlərimizi" məhv etmək üçün bütün arsenaldan istifadə edir.

Son iclasların birində isə məhkəmədə nümayiş olunan kadrlarda Serj Sarkisyanın “DQR” Özünümüdafiə Qüvvələri Komitəsinin rəhbəri kimi müxtəlif cəbhə bölgələrinə səfərləri və onu qarşılayan komandirlər də əks olunub”.

Maraqlıdır, məhkəmədə digər hərbi canilərin o cümlədən Serj Sarkisyan kimi cinayətkarın da adının hallanması və ya kadrlarda nümayiş etdirilməsi erməni siyasətçini niyə narahat edib? Görünür o və digər əli azərbaycanlıların qanına batmış quldurlar da nə vaxtsa belə bir mühakimə ilə qarşılaşacaqlarından qorxurlar. Bu kadrları isə özlərinə siyasi mesaj kimi görürlər...

Tural

Chosen
0
news365.az

1Sources