Sabah Katolik kilsəsinin yeni papasını təyin etmək üçün Vatikanda seçki prosesi başlayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Katoliklərin son ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransiskin aprelin 21-də vəfat etməsindən sonra dünya üzrə 1,4 milyard üzvü olan Katolik Kilsəsində bütün gözlər növbəti Papanın kimin olacağına çevrilib.
Katolik Kilsəsinin 267-ci Papasının müəyyən ediləcəyi tarixi Konklavda, yaşı 80-dən aşağı olan və seçkiyə qatılmaq hüququ olan 133 kardinal sabah səhər saatlarında Sistina Kapellasında kütləvi mərasim keçirərək ilk iclas üçün bir araya gələcək.