EN

Merz ikinci tur səsvermədən imtina etdi

Xristian Demokratik İttifaqı (CDU) və Xristian Sosial İttifaqının (CSU) mühafizəkar alyansının namizədi Fridrix Merz mayın 6-da Bundestaqda Almaniya kansleri seçkilərində səsvermənin ikinci turundan imtina etmək qərarına gəlib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Bild yazıb.
Almaniya Bundestaqında keçirilən səsvermənin birinci turunda Xristian Demokratik İttifaqı (CDU) və Xristian Sosial İttifaqının (CSU) mühafizəkar alyansının namizədi Fridrix Merz kansler seçilməyib.

O, tələb olunan 316 səsi toplaya bilməyib. Merz lehinə 310, əleyhinə 307, bitərəf 3 səs toplayıb.

Qeyd edək ki, Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı və Sosial Demokratlar ittifaqı Bundestaqda 328 yerə malikdir ki, bu da kansleri seçmək üçün lazım olandan 12 yer çoxdur.

Chosen
0
ucnoqta.az

1Sources