EN

Aviaşirkətlər Təl-Əvivə uçuşları dayandırmaq qərarını uzadıb

Aviaşirkətlər Təl-Əvivə uçuşları dayandırmaq qərarını uzadıb

Beynəlxalq aviaşirkətlər husilərin İsrailin Ben Qurion hava limanını ballistik raketlə vurmasından sonra Tel-Əvivə uçuşları dayandırmaq qərarını uzaddıqlarını açıqlayıb.İsrailin "Calcalist" saytının məlumatına görə, "Lufthansa Group"a bağlı olan "Eurowings", "Swiss", "Austrian Airlines" ve "Brussels Airlines" şirkətləri Təl-Əvivə uçuşların dayandırılması tarixini mayın 11-nə qədər uzadıb.İtalyan Hava Yolları (ITA) uçuşların dayandırılmasını mayın 11-dək, Amerikanın "United Airlines" aviaşirkəti mayın 9-dək, Macarıstanın "Wizz Air" aviaşirkəti isə mayın 8-dək uzadıldığını açıqlayıb."Aegean Airlines" (Yunanıstan), "British Airways" (Böyük Britaniya), "Delta Air Lines" (ABŞ) və "Ryanair" (İrlandiya) İsrailə uçuşların qadağanını mayın 6-dək uzadıb.Bu arada İsrailin “Yediot Ahronot” qəzeti hava yollarının İsrailə uçuşları dayandırmasından sonra minlərlə israillinin xaricdə qaldığını bildirib.Xatırladaq ki, Yəməndəki husilər mayın 4-də ballistik raketlə Tel-Əvivdəki Ben Qurion hava limanını vurub.

Chosen
0
afn.az

1Sources