Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"İnter"in müdafiəçisi Alessandro Bastoni Çempionlar Liqasının yarımfinal mərhələsinin bu gün Milanda baş tutacaq cavab oyunundan - "Barselona" ilə matçdan (ilk oyun 3:3) öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini formasını geyindiyi klubun mətbuat xidməti belə çatdırıb:
"İlk oyundan əvvəl çox sayda videolara baxmışdıq. Amma komandanı dərindən tanımaq üçün ona qarşı oynamalısan. Biz İspaniyadakı qarşılaşmada qol epizodları yaratmalı olduğumuz anlarda bəzi ötürmələrdə səhvlərə yol verdik. Fikrimcə, bir çox aspektlərdə oyunumuzu yaxşılaşdıra bilərik. Birinci oyunda öyrəndiklərimizi tətbiq edərək onların işini çətinləşdirə bilərik".
Nihat
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.