Füzuli. Trend:
Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziriAleksandr Turçin erməni işğalından azad edilən Füzuli rayonunagəlib.
Trend-in bölgə müxbiri xəbərverir ki, Belarus Respublikasının Baş naziri Aleksandr TurçinFüzuli Beynəlxalq Aeroportunda qarşılanıb.
Qonağa Füzuli Beynəlxalq Hava Limanı haqqında məlumatverilib.
Bildirilib ki, 2021-ci ildə istifadəyə verilən hava limanırekord müddətdə - təxminən 9 aya tikilib. Füzuli Beynəlxalq HavaLimanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağregionunun əlçatanlıq və inkişaf simvoludur. Qarabağın hava qapısıolan Füzuli Beynəlxalq Aeroportu bölgənin iqtisadi, siyasi vəmədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzinəçevrilməkdədir.