Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin erməni işğalından azad edilən Füzuli rayonuna gəlib.
Operativ Media xəbər verir ki, Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Füzuli Beynəlxalq Aeroportunda qarşılanıb.
Qonağa Füzuli Beynəlxalq Hava Limanı haqqında məlumat verilib. Bildirilib ki, 2021-ci ildə istifadəyə verilən hava limanı rekord müddətdə - təxminən 9 aya tikilib. Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir.