BMT Komitəsinin üzvləri azərbaycanlı hərbi əsirlərə və mülki şəxslərə qarşı sistematik şəkildə törədilmiş işgəncələr, qeyri-insani rəftar, məhkəmədənkənar qətllər və digər ağır insan hüquqları pozuntularını xüsusi qeyd edib.
Komitə Ermənistan hökumətinə bu halların dərindən araşdırılmasını, məsul şəxslərin cəzalandırılmasını və zərərçəkmiş şəxslərə adekvat təzminat ödənilməsini tövsiyə edib.
Bu hallar Ermənistanın bir sıra beynəlxalq hüquqi öhdəliklərini – o cümlədən İşgəncələrə qarşı BMT Konvensiyası, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları, eləcə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsi kimi mühüm sənədləri kobud şəkildə pozduğunu göstərir.
Strateji Kommunikasiyalar Mərkəzi İB-nin əməkdaşları bu məsələləri 2024-cü ilin aprel ayında Cenevrədə keçirilmiş BMT-nin İşgəncələrə qarşı Komitəsinin 82-ci sessiyasında birbaşa təqdim ediblər. Sessiyada həmçinin digər Azərbaycan qeyri-hökumət təşkilatı da iştirak edib.
Bu sənədlərin və tövsiyələrin qəbul olunması beynəlxalq ictimaiyyətin Ermənistanın törətdiyi işgəncə və digər qeyri-insani rəftar halları ilə bağlı daha obyektiv mövqe sərgilədiyini göstərir.
Strateji Kommunikasiyalar Mərkəzinin hesabatı iləburadan tanış ola bilərsiniz.
Bu isə BMT-nin yekunsənədidir.