Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycanın bodibildinq komandası İspaniyanın Santa Susanna şəhərində keçirilən Avropa çempionatını dördü qızıl, ikisi gümüş və altısı bürünc olmaqla 12 medalla başa vurub.
İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisinin Avropa çempionatında ilk dəfə mübarizə apardığı "Fit Model" yarışında mühüm nəticə əldə olunub.
+164 sm boy kateqoriyasında Natalya Tretyakova bürünc medal qazanıb.
Xızrı Şəhriyar da "Classic Physique" yarışında bürünc medal qazanıb.
İsmayıl Həbiyev bodibildinq üzrə mütləq Avropa çempionluğunu, Hidayət Quluzadə isə "Muscular Mens Physique" yarışında mütləq çempionluğu qazanıb.
Təyyar Vəliyev bodibildinqdə də fərqlənərək gümüş, Yalçın Məmmədov isə "Masters" yarışında bürünc medallara sahib çıxıblar.
Tərlan Əliyev həm yeniyetmələr, həm də böyüklər arasında "Mens Physique" yarışında birinci olmaqla ikiqat qələbə qazanıb. Eyni yarışlarda çıxış edən Əhməd Quluzadə də yeniyetmələr arasında gümüş, böyüklər arasında bürünc medal qazanaraq iki dəfə fəxri kürsüyə yüksəlib.
Şirin Orucov digər boy kateqoriyasında “Mens Physique” yarışında üçüncü yeri tutub.
İlyas Abdullayev isə klassik bodibildinqdə bürünc medal qazanıb.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.