EN

Bu ölkənin baş naziri  istefa verdi

Vətəninfo.az xəbər verir ki, Rumıniyanın baş naziri Marsel Çiolaku həftəsonu keçirilən seçkilərin birinci turunda ifrat sağçı namizəd George Simionun qalib gəlməsindən və özünün dəstəklədiyi namizədin məğlub olmasından sonra istefa verib.

Müvəqqəti prezidentin ofisindən verilən açıqlamaya görə, İlii Bolojan Çiolakunun istefasını qəbul edib. Çərşənbə axşamı müvəqqəti baş nazirin təyin ediləcəyi bildirilib.

‘‘Antena3’’ telekanalının məlumatına görə, Çiolaku Rumıniya Sosial Demokrat Partiyasının (PSD) siyasi şurasının iclasından sonra verdiyi açıqlamada koalisiya hökumətinin dəstəklədiyi namizəd Krin Antoneskunun məğlub olmasına görə istefa verdiyini söyləyib. O, seçki nəticələrinin hökumətin etibarını itirdiyini göstərdiyini bildirib. “Növbəti prezidentin məni vəzifədən uzaqlaşdırmasını gözləməkdənsə, özüm istefa verməyə qərar verdim”, – deyə Marsel Çiolaku vurğulayıb. Eyni zamanda, o, mayın 18-də keçiriləcək seçkilərin ikinci turunda PSD-nin heç bir namizəd irəli sürməyəcəyini açıqlayıb.

Qeyd edək ki, George Simion birinci turda 40,9 faizdən çox səs toplayaraq böyük fərqlə qalib gəlib. 38 yaşlı G.Simion ultra millətçi və anti-Avropa İttifaqı fikirləri ilə tanınır. O, mayın 18-də keçiriləcək ikinci turda seçicilərin 21 faizinin səsini toplayaraq ikinci olan mərkəzçi Buxarest meri Nicusor Dan ilə mübarizə aparacaq.

Ötən ilin noyabrında keçirilən prezident seçkilərinin birinci turunda ifrat sağçı və Rusiyayönlü namizəd Kalin Qorqesku qalib gəlsə də, Rumıniyanın Konstitusiya Məhkəməsi Rusiyanın dəstəklədiyi kampaniyanın seçki prosesini manipulyasiya etdiyini bildirərək nəticələri və dekabrın 8-nə təyin edilmiş ikinci turu ləğv edib.

Chosen
0
veteninfo.az

1Sources