EN

Bu gün məşhur Bakı funikulyorunun 65 yaşı tamam olur

Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir.

"Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.) 

2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.

Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir.

1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilmişdir[.

Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilmişdir.

2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdi.

2011-ci ilin aprelində isə yenidən təmirə dayandırılmışdır.

23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilmişdir.  

2018-ci lin noyabr ayında bir müddət profilaktika işləri ilə əlaqədar fəaliyyətini dayandırıb.

2020-ci ilin mart ayında pandemiya ilə əlaqədar fəaliyyətini 21 ay müddətinə dayandırmışdır.

Chosen
0
anspress.com

1Sources