EN

BÖYÜK İDDİA: Azərbaycanda sələfi uşaqları məktəbə getmir, əvəzində...

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Jurnalist Pərvin Abışova sosial şəbəkədə maraqlı iddia il çıxış edib. 

O qeyd edib ki, sələfi ailələrinin övladları rayon məktəblərinin birində ili 1500 manata adlarını qeyd etdirib Bakıda dini məktəbdə təhsil alırlar: 

“Tam siyahını verməyə hazıram. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, regional təhsil idarəsinin müdiri direktorla bu işi əlbir görür”.

“Cebheinfo.az” Elm və Təhsil Nazirliyinə məsələyə bağlı müraciət edib. Nazirlikdən bildirilib ki, məsələ barədə məlumat alıblar və hazırda araşdırılır.

Daha sonra Pərvin Abışova ilə əlaqə yaratdıq . O, Elm və Təhsil Nazirliyindən onunla əlaqə yaradıldığı, əlində olan tam siyahını nazirliyə və digər müvafiq qurumlara təhvil verdiyini bildirib. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
0
1
icma.az

2Sources