EN

Sərkisyanın fraksiyasından baş nazirliyə namizədlə bağlı açıqlama

BAKI, 6 may. TELEQRAF

Ermənistan parlamentindəki “Şərəfim Var” fraksiyası baş nazirliyə namizədi yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə fraksiyanın yerli mətbuata açıqlamasında deyilir.

“Bir daha təsdiq edirik ki, hazırda hökumət dəyişikliyinə nail olmağın ən çox ehtimal olunan yolu baş nazirə (Nikol Paşinyan) etimadsızlıq səsverməsidir. Amma gərəksiz siyasi ambisiyalarla prosesi çətinləşdirməmək üçün hazırda baş nazirliyə namizədimizin olmadığını da bildiririk”, - açıqlamada deyilir.

Xatırladaq ki, sözügedən fraksiyanın lideri sabiq prezident Serj Sərkisyandır.

Chosen
0
teleqraf.com

1Sources