Bakı. Trend:
Bakıda və Sumqayıtda silah-sursat aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətiməlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləritədbirlərlə Sabunçu, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhəriərazisində polis əməkdaşları tərəfindən 3 avtomat silahı, 2 patrondarağı və 21 ədəd patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması vəkönüllü təhvil verilməsi istiqamətində tədbirlər davametdirilir.