ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 6 may, AZƏRTAC
“Məktəbdə...” layihəsinin növbəti görüşü mayın 8-də paytaxtdakı 336 nömrəli tam orta məktəbdə keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, reallaşdırılan layihənin budəfəki qonağı Milli Məclisin deputatı Aqil Abbas olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, asudə vaxtın düzgün təşkil olunması, müəllim-şagird münasibətləri və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.