ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 6 may, AZƏRTAC
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsində uroloji xəstəliklərin diaqnostikası, bütün növ uroloji müayinə və müalicə prosedurları, androloji xəstəliklərin müalicəsi, həmçinin açıq və qapalı uroloji cərrahi əməliyyatlar uğurla həyata keçirilir.
Hospitalın Urologiya şöbəsinin rəisi, uzman uroloq-androloq Bəhruz Xalıqov və uzman uroloq-androloq Samir Ağalarov tərəfindən tətbiq olunan innovativ müalicə metodları böyrək və androloji xəstəliklərin müalicəsində yüksək effektivlik göstərir. Müraciət edən bütün pasiyentlərə yüksək səviyyədə uroloji tibbi xidmət təqdim olunur.
Urologiya şöbəsinin peşəkar tibbi heyəti tərəfindən aşağıdakı prosedur və əməliyyatlar uğurla həyata keçirilir:
∙ Lazer və pnevmatik ureterolitotripsiya, qapalı şəkildə daşların çıxarılması (litoekstraksiya) ;
∙ Açıq və laparoskopik sidik axarı və böyrək daşları əməliyyatları;
∙ Perkutan nefrolitotomiya, fibroureterorenoskopiya;
∙ Sidik-cinsiyyət sisteminin şişləri, kişi sonsuzluğu, cinsi disfunksiya;
∙ Prostat vəzinin xoşxassəli hiperplaziyası, prostatit;
∙ Qadınlarda sidik qaçırma və sidik yollarının infeksiyaları;
∙ Anadangəlmə sidik yolları qüsurları və sidik ifrazatı pozğunluqları;
Qeyd edək ki, ölkəmizdə ilk dəfə qasıq nahiyəsi kəsilmədən tulium lazer vasitəsilə prostat vəzinin adenomasının buxarlanması əməliyyatı məhz Mərkəzi Gömrük Hospitalında uğurla icra olunub. Eyni zamanda müasir müalicə üsullarından biri olan holmium lazer cihazı ilə daşların yerləşmə yeri və ölçüsündən asılı olmayaraq çıxarılması əməliyyatları burada tətbiq edilir.
Urologiya şöbəsinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
∙ Cərrahi kəsik olmadan daşların lazer və ultrasəs vasitəsilə çıxarılması;
∙ Androloji xəstəliklərin müalicəsi;
∙ Sidik-cinsiyyət sisteminin xoş- və bədxassəli törəmələrinin müalicəsi;
∙ Böyrək və sidik yollarının şiş və kistalarının əsasən laparoskopik və endoskopik üsullarla müalicəsi;
Mərkəzi Gömrük Hospitalında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində endoskopik böyrək daşı və endoskopik prostatektomiya əməliyyatları icra olunur.
Dilarə Zamanova,
Mərkəzi Gömrük Hospitalının
PR üzrə mütəxəssisi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.