“Barselona”nın hücumçusu Ansu Fati klubu tərk edəcək.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Hans-Diter Flik 22 yaşlı futbolçu ilə yolları ayırmaq qərarına gəlib. O, mütəxəssisin planlarına daxil deyil.
İspaniyalı forvardın kataloniyalılarla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
O, cari İspaniya çempionatı mövsümündə “Barselona”nın heyətində cəmi 6 oyunda iştirak edib.