EN

Belarusun Baş naziri Zəfər parkını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Bakıdakı Zəfər parkını ziyarət edib.

Publika.az xəbər verir ki, yüksək qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Belarusun Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Chosen
0
14
publika.az

7Sources