EN

Politoloq: "Azərbaycan qlobal, humanitar layihələrin ən önəmli ölkələrindən biridir"

"Azərbaycanla Suriya arasındakı münasibətlərin inkişaf etdirilməsi üçün ortada çox ciddi potensial mövcuddur. Xüsusilə Bəşər Əsəd rejiminin dövründə pozulmuş münasibətlər bərpa olunur. 2025-ci ildə Azərbaycanla Suriya arasındakı münasibətlər üçün yeni səhifə açılıb. İndi həm diplomatik, həm də iqtisadi mənada yaxşı əlaqələr formalaşıb. Bu ilin fevralında 13 ildən sonra Dəməşqdə Azərbaycan səfirliyi fəaliyyətə başladı. Antaliya Diplomatik Forumunda Prezident İlham Əliyev Əhməd Əş-Şaraa ilə görüşdü".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılzadə deyib. 

"Suriyada yeni hakimiyyət işə başladıqdan sonra Azərabaycan 200 ton ərzaq və zəruri ləvazimatlardan ibarət humanitar yardım etdi. Azəbaycanın Baş nazirinin müavini Samir Şərifov həftəsonu Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşdü. Bu da iki ölkə arasındakı ciddi perspektivləri özündə ehtiva edir. Xarici işlər nazirimiz Ceyhun Bayramov da suriyalı həmkarı ilə müzakirələr aparmışdı. Hesab edirəm ki, Azərbaycanın Suriya ilə əlaqələrini gücləndirməsi fonunda region üçün də yaxşı gələcək vəd olunur. Çünki Azərbaycan qlobal, humanitar layihələrin ən önəmli ölkələrindən biridir".


Əfsanə Kamal
Demokrat.az
Chosen
0
1
demokrat.az

2Sources